ŞOK ! Əməkdar artist Gövhər Rzayevanı zəhərlədilər?
17 Dekabr 2013 14:29 MədəniyyətArtıq bir neçə gündür ki, ustad qarmon ifaçısı, əməkdar artist Gövhər Rzayevanın zəhərləndiyi, daha doğrusu çayına zəhər qatıldığı xəbəri şəhəri bürüyüb. "OLAYLAR" olaraq sənətkarla əlaqə saxladıq. Gövhər xanımın açıqlamaları: "Millət məni yığır ki, ay Gövhər, səni hansı musiqiçi zəhərləyib? Axı sən tıxsız balıqsan, heç kimlə işin yoxdur. Bu xəbər mənə və ailəmə də çatıb. Mənə elə gəlir ki, sənətimin paxıllığını çəkən sənət adamlarının növbəti bir oyunudur. Mən 30 ildir bunları görə-görə gəlirəm. Allah vurmuşdu onları mənim çayıma zəhər qatsınlar. Hələ deyirlər ki, guya üzümdə zəhərdən sonra səpkilər yaranıb, dəyişməz hala düşmüşəm. Məni sevməyənlər o günə düşsün. Belə bir şayiələr yayırlar ki, mənim toylarım azalsın. Ancaq bu mümkün deyil. Artıq mənim toy siyahım çoxdan tutulub. Bir boş günüm də yoxdu. Nə etsinlər, oturublar evdə, yuxuda gördüklərini deyirlər də. Hər yuxu çin olsaydı, onda mənim qızıldan, brilliantdan taxtım olardı".
Alim Nəbioğlu