“Şelkunçik” baletinin tamaşası olacaq

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Şelkunçik" baletinin tamaşası keçiriləcək. Tamaşada əsas rollarda əməkdar artist Samir Səmədov, aparıcı solistlər Nigar İbrahimova və Makar Ferştandt çıxış edəcəklər. Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək. Qeyd edək ki, uzun illərdir bu tamaşa Yeni il ərəfəsində nümayişi teatrda bir ənənə şəklini almışdır və balet hər dəfə geniş tamaşaçı auditoriyası toplayır. "OLAYLAR" İA.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31