Nadir Qafarzadə: “Yeni körpəm dünyaya gəlib” VIDEO
17 Dekabr 2013 12:30 Mədəniyyət"Az sayda adam bilir ki, mənim bir neçə gün öncə yeni körpəm dünyaya gəlib". Bu sözləri "OLAYLAR"az-a müğənni Nadir Qafarzadə söz və musiqisi Tural Bayraməliyevə məxsus olan "Xainsən" adlı mahnısını təqdim edərkən deyib: "Bəlkə də bir çoxları mənim bu fikrimə qeyri-adi yanaşacaq. Amma qoy hər kəs bilsin ki, ifa etdiyim mahnılar mənim övladımdır. Çünki, mən bir mahnını ifa etmədən öncə ilk əvvəl ona qulaq asmalı, doğma bilməli, daha sonra oxumalıyam. Bütün mahnılarım mənim övladım sayılır. Bir neçə gün öncə isə yeni körpəm dünyaya gəlib. Bu mənim "Xainsən" adlı mahnımdır. Mahnı çox ürəyimə yatıb. Çünki, burda həm lirika, həm də əhval-ruhiyyə var. Bildiyiniz kimi mən daim unudulmaz bəstəkarlarımızın sevilən əsərlərinə müraciət etməklə yanaşı, gənc bəstəkarlarımızdan da oxuyuram. Yaradıcılığımla bağlı yeniliklərim çoxdur. Bu ay bir neçə mahnı təqdim etməklə yanaşı, xalq artisti Zeynəb Xanlarovanın repertuarından olan "Ağlama Sevda" və bir neçə mahnımı dinləyicilərin ixtiyarına verdim. Yeni mahnımın da seviləcəyinə inanıram".