“Travita” operasının tamaşası olacaq
17 Dekabr 2013 12:10 MədəniyyətDekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Traviata" operasının tamaşası keçiriləcək. Tamaşada Jermon partiyasını Ukrayna Milli operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Mixail Kirişev ifa edəcək.
Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri - Xalq Artisti, Əli Əsgərov (Markiz d`Obinyi), Əməkdar Artistlər Gülnaz İsmayılova (Violetta), Səbinə Əsədova (Flora), Əkrəm Poladov (Doktor Qrevil) və gənc vokalçı Fərid Əliyev (Alfred) çıxış edəcək. Qeyd edək ki, tamaşanı ilk dəfə olaraq gənc və istedadlı dirijor Əyyub Quliyev idarə edəcək. "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31