“The First 2013” mükafatlandırma mərasimi olacaq

Dekabrın 23-də baş tutacaq V "The First 2013" mükafatlandırma mərasiminə Türkiyədən tanınmış sənətçilər, aktyorlar qatılacaq. Saat 18:00-da başlanacaq mərasimdə bir çox sürpriz məqamlar yaşanacaq. Tədbirdə Türkiyənin məşhur "Kaybolan yıllar" serialının baş rol ifaçısı Saruhan Hunel iştirak edəcək. Mükafatlandırma mərasiminin sürpriz qonaqları sırasında "O Səs Türkiyə"nin finalçılarından olan və "Üsyan" mahnısı ilə sevilən Ayda Mooşarraf və müğənni Aslı Hünel özəl olaraq sevilən mahnılarını səsləndirəcək. Bununla yanaşı, əməkdar artist Tünzalə Ağayeva, müğənni Murad Sadıx və bir çox tanınmış simalar öz musiqi töhfələri ilə xoş dəqiqələr yaşadacaqlar. Biletlərin qiyməti 20 AZN-dir.
Qeyd edək ki, ötən illərdə keçirilən "The First" mükafatının təqdimetmə mərasiminə Türkiyədən şoumen Bəyazıt Öztürk, aktyor Erkan Petekkaya, müğənni Serenay Sarıkaya, Soner Sarıkabadayı, Selami Şahin və digər məşhur ulduzlar gəlmişdi. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31