Azərbaycanlı alimin kitabı Qırğızıstanda pulsuz paylanacaq

Dekabr ayının 28-də Bişkekdəki Çingiz Aytmatov adına "Bişkek kitabxanalar sistemində" BDU-nin professoru Leyla Gərayzadənin "Mir Çinqiza Aytmatova" kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov verib. Bildirib ki, Qırğızıstan MEA-nın vitse prezidenti, akademik Abdıldacan Akmataliyevin ön söz yazdığı kitab dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun həyat və yaradıcılığına həsr olunub: "Hesab edirəm ki, "Mir Çinqiza Aytmatova" yazıçının 85 illik yubileyinə ən gözəl töhfələrdəndir və kitab Qırqızıstan oxucularına pulsuz yayılacaq. Təqdimat mərasimində kitabın müəllifi Leyla Gərayzadə və dünyaşöhrətli yazıçının ailə üzvləri də iştirak edəcəklər.

Qeyd edək ki, kitab Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə nəşr edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31