Xərçəng xəstəsi Xanım Qafarova Türkiyədəki müalicəsindən danışdı
"Özüm də hiss edirəm ki, bir az yaxşılaşmışam"
16 Dekabr 2013 18:05 MədəniyyətSüd vəzisi xərçəngindən əziyyət çəkdiyi üçün Türkiyəyə müayinə olunmağa gedən Musiqili Teatrın aktrisası Xanım Qafarova səhhətinin son durumundan danışıb. Aktrisa bildirib ki, hazırda müalicəsi müsbət reaksiya verir: "Artıq Türkiyəyə gəldiyim 5 gündür. Bura tək gəlməmişəm. Bibim də yanımdadır. Həkimlər məni müayinə etdilər, ilkin müayinələr aparılıdı. İndi kimya terapiya olunmuşam. Özüm də hiss edirəm ki, bir az yaxşılaşmışam. Buna görə də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya sonsuz təşəkkürümü bildirirəm. İlkin müayinədən sonra Azərbaycana qayıdacağım tarix də bəllidir. Bu ayın 25-i yenidən Bakıya qayıdıram. İki həftə paytaxtımızda müalicə aldıqdan sonra yenidən iki həftəlik Türkiyəyə müayinəyə yola düşəcəm. Allahın köməkliyi ilə əvvəlki sağlamlığıma qayıdacağıma ümidliyəm. Həyatıma yeni günəş doğacağına inanıram. Doğmalarım, anam, qızım məni gözləyir".
Qeyd edək ki, X.Qafarova bu ayın 12-i səhər saatlarında Türkiyəyə yola düşüb.
Xatırladaq ki, X.Qafarova süd vəzisinin xərçəngindən 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib. Əməliyyatdan sonra süd vəzilərindən və qadınlığından məhrum olub ailem.az