Coşqun Rəhimov müayinə üçün Türkiyəyə getdi
16 Dekabr 2013 18:28 MədəniyyətTanınmış gülüş ustası, "Bu şəhərdə" yumoristik qrupunun aktyoru Coşqun Rəhimov səhhətindəki problemlə əlaqədar dekabrın 15-də Türkiyəyə gedib. Məlumatı "Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov verib. Onun sözlərinə görə, Coşqun Rəhimov İstanbulda növbəti müayinədən keçəcək". Xatırladaq ki, aktyor Coşqun Rəhimov 2010-cu ilin noyabrında qalxanvarı vəzisindəki şişlə əlaqədar cərrahiyyə əməliyyatı olunub. Həkimlər ona ömürlük xüsusi dərman qəbul etməyi tapşırıblar.
2011-ci ilin oktyabrında isə Heydər Əliyev Sarayında çıxış zamanı Coşqunun halı proqramın ortasında pisləşmiş və o, özündən getmişdi. O zaman məlum olmuşdu ki, Coşqun bəzi hallarda həkimlərin təyin etdiyi dərmanı vaxtlı-vaxtında qəbul etmirmiş. modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31