Ədəbiyyat İnstitutunda yeni sektorlar yaradılıb
16 Dekabr 2013 17:23 MədəniyyətAMEA Ədəbiyyat İnstitutunda struktur islahatları davam edir. AMEA-da həyata keçirilən islahatlar çərçivəsində Nizami adına Ədəbiyyat İnstitutunda struktur islahatları aparılır. İnstitutda yeni yaradılan "Azərbaycan mühacir ədəbiyyatı" şöbəsi, "Nizamişünaslıq" və "Füzulişünaslıq" sektorları fəaliyyətə başlayıb. İnstitut rəhbərliyi 2014-cü ildən akademiyada ciddi kadr islahatlarının davam etdiriləcəyini, tamamilə yeni istiqamətə malik elmi qurumların yaradılacağını bildirib.
İ.Həbibbəyli institutda fəaliyyət göstərən "Müasir Azərbaycan ədəbiyyatı" şöbəsinin iki hissəyə ayrılaraq mövcud ştat vahidləri çərçivəsində "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" və "Ədəbi tənqid" şöbələrinin yaradılması təklifini irəli sürüb. O, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsinə filologiya elmləri doktoru Elçin Mehrəliyevin, "Ədəbi tənqid" şöbəsinə isə filologiya elmləri doktoru Vaqif Yusiflinin namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış edib. ("OLAYLAR"İA)