Qədim tarixi izlər öyrənilir
16 Dekabr 2013 17:22 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "A La Carte Travel" və "Gilan Turizm" turizm şirkətlərinin təşkilatçılığı ilə turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Qəbələ-Oğuz-Şəki-Qax bölgəsi istigamətində "Qədim Qafqaz Albaniyasının tarixi izləri" adlı mədəni turizm marşrutu üzrə infotur keçirilib.
İnfoturda 34 turizm şirkəti, 16 nəfər media nümyəndəlsi iştirak edib. İnfotur çərçivəsində tərəfimizdən Çuxurd Qəbələ (Qafqaz Albaniyasının qədim paytaxtının arxeolojı qazıntıları), Qəbələ tarix-diyarşünaslıq muzeyi, Çotari Alban kilsəsi, Oğuz rayonundakı Alban məbədində yerləşən tarix-diyarşünaslıq muzeyi və Şəki Qədim Alban Məbədi ziyarət olunub. Belə bir infoturun keçirilməsi ölkəmizdəki mədəni dəyərlərin təşviqinə, onlardan turizm məqsədləri üçün daha səmərəli istifadəsinə, həmçinin Qafqaz Albaniyasının tarixinin öyrənilməsinə geniş imkanlar yaradacaq. ("OLAYLAR"İA)