Bekhemlər Yeni ili Karib adalarında qarşılayacaq

Əfsanəvi futbolçu Devid Bekhem və xanımı, müğənni Viktoriya Bekhem Yeni ili Karib adalarında qarşılayacaqlar. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onları tanınmış şoumen, aşpaz Qordon Remzi və Tana Remzi müşayiət edəcək. Hər iki ailə Kaykos və Terks adalarındakı dəbdəbəli villada qalacaq. Bunun üçün tanınmış simalar hər həftə 70 min funt ödəməli olacaqlar. Burada onlar qonaqlar üçün yaradılmış lüks şəraitdən istifadə edəcəklər.
Digər bir iddiaya görə, Devidlə Qordonun münasibətləri pozula bilər. Buna səbəb, sabiq futbolçunun Qordonun restoranına pul yatırımını dayandırmasıdır. İngiltərəli bunu restoranın açılışına bir neçə gün qalmış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31