Məşhur aktrisa hamiləlik xəbərini rədd etdi
Qərb mətbuatı Culya Robertsin hamiləliyini gizlətməyə çalışdığını yazır
17 Dekabr 2013 04:12 MədəniyyətSon zamanlar hamiləlik xəbəri ilə gündəmdə olan məşhur aktrisası Culya Roberts hamiləlik xəbərini rədd edib. Rusiya mətbuatının verdiyi məlumata görə, hazırda yayılan xəbərin yalan olduğunu ancaq gələcəkdə daha bir övlad sahibi olmaq istədiyini söyləyib. Aktrisanın sözlərinə görə, hələ ki, belə bir fikirləri yoxdur. Qərb mətbuatı aktrisanın hamiləliyini gizlətməyə çalışdığını yazır. 46 yaşlı Culiya Roberts isə bütün bu fikirlərin şayiə olduğunu açıqlayıb. Uşaqları ilə Milad bayramına hazırlaşdığını deyən Roberts bu yaxınlarda uşaq haqda düşünmədiyini, amma gələcəkdə 4-cü dəfə ana olmaq arzusu olduğunu qeyd edib.
Aktrisa eləcə də, söz-söhbətin haradan qaynaqlanmasına fikir bildirib. Belə ki, bunun səbəbi kimi Culiyanın son zamanlar tədbirlərə boş libaslar geyinməsini görüb. ans