"Hürrəm sultan" qaraya büründü FOTO

Fevralda ana olacaq aktrisa doğuşu suda gerçəkləşdirmək fikrindədir

Türkiyədə izləmə rekordu qıran "Muhteşem yüzyıl" serialında "Hürrəm sultanı" yeni fotosessiya etdirib. Almaniyalı aktrisa Məryəm Üzərlinin şəkillərinin müəllifi dostu Urban Ruthsa olub.

Qeyd edək ki, qara geyimdə kamera qarşısına çıxan Üzərli fevral ayında ana olacaq. Aktrisa doğuşu suda gerçəkləşdirmək fikrində olduğunu bildirib. 
Xatırladaq ki, bir müddət türkiyəli iş adamı Can Ateş ilə sevgili olan Məryəm hamilə qaldıqdan sonra sevgilisi tərəfindən tərk edilib. Ayrılıqdan sonra xeyli müddət depresiyada olan aktrisa sonra vətəni Almaniyaya dönmək qərarına gəlib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31