Kıvanç Tatlıtuğ ölümdən döndü!
Məşhur aktyor çəkilişlər zamanı müvazinətini itirərək atdan yıxılıb
16 Dekabr 2013 19:28 MədəniyyətTürkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ yeni filmi "Qurd Seyt və Şura"nın çəkilişi zamanı ciddi qəza alıb. Türkiyə mətbuatın;n verdiyi məlumata görə, Türkiyənin Kocaeli şəhərində aparılan çəkilişlər zamanı aktyor müvazinətini itirərək atdan yıxılıb. Dərhal xəstəxanaya çatdırılan aktyorun qabırğasının sındığı məlum olub. Buna baxmayaraq filmin çəkilişlərini yarımçıq buraxmaq istəməyib. Güclü ağrılarla Kıvanç Tatlıtuğ çəkilişə davam edib.
Hazırda Kartepedə çəkilişləri davam edən filmin yaradıcı heyəti dekabr ayının 25-i Rusiyaya yollanacaq. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31