Kənan və Berenə fantastik təklif

Türkiyəli müğənni Kənan Doğulu və sevgilisi, aktrisa Beren Saata iki şirkətdən 7 milyon dollarlıq reklam təklifi gəlib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunlar inşaat firması (3 milyon dollar) və bankdır (4 milyon dollar). Məşhur cütlük təkliflərə müsbət yanaşsa da, hələ rəsmi cavab verməyib. Beren Saat fasiləsiz çəkilişlərdən yorulduğu üçün bir müddət əvvəl dincəlməyə qərar verib. Buna baxmayaraq, sənətçi ekrandan uzaq düşmək istəmir. Həmçinin tərəflər münasibətlərini gündəmdə saxlamaq istəmədiyi üçün tərəddüd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31