Bahar Lətifqızı Kibariyənin repertuarına müraciət etdi

Müğənni Bahar Lətifqızı səsyazma studiyalarınını birində Kibariyənin repertuarından olan "Gücəndim" mahnısını lentə aldırıb. Müğənni ekslüziv olaraq "OLAYLAR"a açıqlamasında deyib ki, Azərbaycanda bu mahnıya müraciət edənlərin sayı azdı: "Kibariyənin repertuarına daxil olan "Gücəndim" mahnısı ruhuma oxşadığı üçün ifa etdim. İnanıram ki, bu mahnı "Gecələr" ifam kimi mənə uğur gətirəcək. İfada mən Kibariyəni yox, özü ürəyimi qoymuşam". Yaradıcılıq planları ilə bağlı müğənni bunları açıqlayıb: "2014-cü ilin yanvarında iki yeni klipimlə tamaşaçıların görüşünə gələcəyəm. Hələlik bu haqda ətraflı məlumat vermək istəmirəm. Tezliklə qızım Sevgiyə həsr olunmuş mahnını da lentə aldıracağam. Bu açıqlamaları eksklüziv olaraq sevdiyim "OLAYLAR"a verdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31