Flora Kərimova və Ağaxan Abdullayev Siyavuş Əlizadənin sərgisində

Siyavuş Əlizadənin şəxsi ümumi kolleksiyasının "İlk & Son" adlı sərgisi və "Şağan və şağanlılar", eləcə də "Bakılı belə danışır (Bakı Ləhcəsi)" adlı kitablarının təqdimatı keçirildi. Gənc diyarşünas Səyavuş Əlizadənin 10 il ərzində topladığı kolleksiyasının nümayişi və 2 kitabının təqdimatı əsasında keçirilən bu sərgi respublikada ilk dəfə olaraq etnoqrafik üslubda təşkil olunmuşdur. Sərgidə keçmiş adətlərdən yadigar qalan eksponatlar, mis qablar, tətbiqi sənət nümunələri, görkəmli şəxslərə aid eksponatlar, tanınmış rəssamlara aid tablolar da daxil olmaqla dünya, ölkə və yerli əhəmiyyətli 150 adda eksponat nümayiş olunub. OLAYLAR

Fotolar OLAYLARa məxsusdur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31