"Forsaj"ın qəhrəmanı öldürülüb?

Aktyor "Forsaj" filmində kolleqası Vin Dizel ilə gərgin münasibətlərdə olduğu məlum olub

Məşhur aktyor Pol Uokererin ölümü təsadüfü olmaya bilər. Rusiya mətbuatının verdiyi məlumata görə, "Forsaj" filminin ulduzu ola bilsin ki öldürülüb. Bu barədə The National "Globe Magazine" adlı xəbərində bildirib. Qəzanın detallarını araşdıran bəzi kriminalistlər bu versiyanı dəstəkləyirlər. Jurnalda qeyd olunur ki, Pol Uokerin "Forsaj" filmində aktyor həmkarı Vin Dizel ilə gərgin münasibətlərdə olub. Nəşr iddia edir ki, aktyorlar bir-birlərinə nifrət ediblər.
Pol Uoker avtomobil qəzasından bir neçə gün əvvəl müsahibəsi zamanı qeyd edib ki, Vin ilə bir-birlərinə hörmət edirlər. Ancaq elə bir vaxt olur ki, kolleqamı başından vurmaq istəyirəm. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31