Natavan Həbibi Aygün Kazımovanı məhkəməyə verəcək
"İlhamə Quliyeva mənim üçün Qurana and içdi"
13 Dekabr 2013 17:22 MədəniyyətMüğənni Natəvan Həbibinin xalq artistləri Aygün Kazimova və İlhamə Quliyeva ilə qalmaqalı səngimək bilmir. Telekanallardan birində qonaq qismində iştirak edən Natavan sənətçilər ilə arasında olan qalmaqaldan danışıb. O, Aygün Kazımovanı məhkəməyə verəcəyini deyib. Həbibi İlhamə Quliyevanı xəstəxanada ziyarət etdiyini və onun adından mətbuatda Aygünlə bağlı yayılan informasiyaları təkzib etdiyini bildirib: "İlhamə xanıma xəstəxanada baş çəkdim. O, mənim üçün Qurana and içdi ki, haqqımda o sözləri deməyib. Sadəcə jurnalist özündən uydurub". Qeyd edək ki, bir müddət əvvəl Aygün Kazımova sosial şəbəkədə Natavanın fotosunu paylaşaraq onun soyadının erməni "familiya"sı olduğunu qeyd edib. Natəvan Aygün xanıma cavab verdiyində, isə İlhamə Quliyeva ona: "Sən sus yerində otur" deyə münasibət bildirib. ans