İlhamə Quliyeva Natavana qadağa qoydu

"Bu son xəbərdarlıqdır"

İlhamə Quliyeva Natavan Həbibiyə onun adını çəkməyə qadağa qoyub. N.Həbibinin telekanallardan birində verdiyi açıqlaması ilə tərəflər arasında olan qalmaqalı daha da böyüyüb. Natavanın: " İlhamə Quliyeva mənim üçün Qurana and içdi ki, o mənim haqqımda heç də o sözləri deməyib. Bunlar yalnız jurnalistin uydurmasıdır" deməsindən sonra primadonnanın mətbuat katibi məsələyə cavab bildirib. Belə ki, Faiq Ələkbərov sosial şəbəkədə İlhamə Quliyevanın qadağasını dərc edib: "Mən Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət və Şərəf ordenli İlhamə xanım Quliyevanın mətbuat katibi kimi sənətkarın istəyi ilə müğənni Natəvan Həbibiyə bundan sonra onun adını çəkməyə qadağa qoyuram. Natəvana demək istəyirəm ki, İlhamə xanım heç kimdən çəkinmir ki, onun yanında Qurana əl bassın. O, hər sözünün arxasında duran, nə danışdığını çox gözəl bilən sənətkardır. Odur ki, bundan sonra öz nüfuzunu qaldırmaq, reytinq qazanmaq üçün heç bir sənətçi İlhamə xanım Quliyevanın adını çəkməsin. BU SON XƏBƏRDARLIQDIR. Bir daha hər hansı bir şəxs İlhamə xanımın adından istifadə edib, həqiqətə uyğun olmayan açıqlamalar versə, qanun qarşısında cavab verəcək".  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31