Səidə Rəfael: “Atam Rəfael Dadaşovla münasibətimə soyuqluq gətirməyə cəhd edənləri məhv edərəm”

Müğənni Səidə Rəfaelin əsəbləri tarıma çəkilib. Atası xalq artisti, sevilən sənətkar Rəfael Dadaşovla birlikdə sosial şəbəkələrdə şəkilləri yayıldıqdan sonra müğənninin əsəblərinə təsir edəcək amillər ortaya çıxıb. Səidə Rəfaelin "OLAYLAR"a eksklüziv açıqlaması: "İki gün öncə atamla birgə televiziya verilişlərinin birinə çəkildik. Mən övlad olaraq atama suallar verirdim, atam isə bir valideyn olaraq mənim suallarımı cavablandırırdı. Düzdür, şəkillər çəkdirdik. Ancaq bəzi saytlar, qəzetlər bu şəkillərə qərəzli münasibət bildirərək, qeyri-obyektiv yazılar çap etdirdilər. Hətta yazdılar ki, atam mənimlə danışmır, küsülüdür. Bu xəbəri oxuyan kimi obyektiv bir mətbu orqan hesam etdiyim "OLAYLAR"a müraciət etdim. Atamla çox gözəl münasibətim var, hər zaman atamın sevgisini, qayğısını və dəstəyini öz üzərimdə hiss edirəm. Düzdür, atam mənə qalmaqallı verilişlərə çıxmağa qadağa qoyub, mən də bunu bir övlad olaraq təbii qarşılayıram. Hətta atama olan sevgimdən doğaraq onun adını özümə soyad götürmüşəm və yaxın günlərdə şəxsiyyət vəsiqəmdə də bu dəyişikliklər olacaq - Səidə Rəfael. Əgər bu gündən sonra atam və mənimlə bağlı xoşagəlməz bir qeyri-obyektiv yazıya rast gəlsəm, həmin insanları məhkəməyə verəcəyəm. Yeri gəlsə, ən qatı cinayət də törədərəm. Atam teatr və kino aləmində tanınmış bir simadır, böyük bir nəslin övladıdır. Atamla çox qayğısız və xoşbəxtəm. Ona da aydınlıq gətirim ki, əgər atamla soyuq, küsülü münasibətim olsaydı, atam mənimlə bərabər verilişə çəkilməzdi".

Alim Nəbioğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31