"Qazanc məqsədi ilə yazılan mahnılar oxuyurlar" - Elariz Məmmədoğlu

Müğənni Elariz Məmmədoğlu son vaxtlar gənc müğənniləri dinləmir. Sənətçi Axşam.az saytına açıqlamasında gənclərin ancaq kommersiya məqsədli mahnılar oxumasından şikayətlənib: "Mən ancaq korifey ifaçılara qulaq asıram: İlhamə Quliyeva, Yalçın Rzazadə, Flora Kərimova, Rəşid Behbudov. Müsir gəncləri isə dinləmirəm. Çünki hamısı kommersiya məqsədli mahnılar oxuyur. Mənim də repertuarımda bu cür mahnılar var. Amma klassik ifalara da müraciət edirəm. Hər bir müğənninin repertuarında klassik mahnılar olmalıdır. Çünki biz Azərbaycan sənətinə xidmət edirik. Klassiklərimizi tanıtmaq, sevdirmək bizdən asılıdır. Qazanc məqsədi ilə yazılan mahnılar ancaq el şənliklərinə yarayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31