Britni Spirs yeni klipini keçmiş sevgilisinə həsr etdi VIDEO

Məşhur müğənni Britni Spirs yeni klipini keçmiş sevgilisinə həsr edib. Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni ekran əsəri ilə tamaşaçılarını sevindirən Britni "Parfume" mahnısına çəkilən klipi ilə böyük maraq doğurub. O, bu ekran əsərini keçmiş sevgilisi Ceyson Travikuna həsr edib.

Xatırladaq ki, müğənni hazırda Devid Lukado ilə sevgilidir. Həyatında hər şeyin yolunda olduğunu deyən ulduz hətta səhnədən getmək və özünü tamamilə ailəyə həsr etmək fikrindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31