Mayli Sayrus “pop musiqisinin kraliçası” seçildi

Amerikanın MTV musiqi kanalı müğənni Mayli Sayrusu ilin ən müvəffəqiyyətli sənətçisi seçib. Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Telekanal ulduzun kliplərinin bu il internet saytlarında ən çox izlənilən videolar sırasında yer aldığını və Sayrusun pop mədəniyyətini gücləndirdiyini söyləyib.

İfaçıya həmçinin "pop musiqisinin kraliçası" adı verilib.  

Xatırladaq ki, keçən il MTV "One direction" qrupunu ilin sənətçisi seçmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31