Oğlunun səsləndirdiyi fikirlərə Əmrah tərəfdən açıqlama gəldi

Müğənninin meneceri bu haqda mediaya açıqlama verərək Əmrahın oğlu Tayfunun söyədiklərinin yalan olduğunu nəql etdi. Menecer Engin Esenin sözlərinə görə, bir neçə il bundan öncə ata-oğul arasında bir andlaşma bağlanıb: "Bir neçə il bundan öncə Tayfun atasına zəng edərək, təcili olaraq onunla görüşmək istədiyini dedi. Həmin günü mən də Əmrahla birgə idim. Üçlükdə oturaraq söhbət etdik. Tayfun atasına söylədi ki, 55 yaşınadək sənin ölümünü gözləyib miras almağı düşünmürəm. Tayfun atasına belə təklif verdi ki, təhsil haqlarını ödəsə, İstanbulda ev alsa ona veriləcək mirasdan imtina edəcək. Atası da bununla razılaşdı. Növbəti gün Əmrah oğlunun bank hesabına yatırım edərək ev və təhsil pulunu ödədi. Türkiyədə hansı ata İstanbulda oğluna ev ala bilib? Əmrah özü yetim olub, 11 yaşında ikən atasını itirib. Ona ev alıb verən də olmayıb. Hər şeyi öz hesabına əldə edib. 1999-cu ildə İstanbulda baş verən zəlzələ nəticəsində evsiz-eşiksiz qalanları da mənzillə təmin edib. 2001-ci ildə fikizi qüsurlu uşaqları təmənnasız olaraq təhsillə təmin etmək üçün atasının adını daşıyan məktəbi inşa etdirib. Bütün bunları Əmrah edib. İndi onun oğlu hansı haqla atasını günahlandırır, bilmirəm". Müğənninin meneceri Tayfunun anası ilə birgə Əmrahdan sui-istifadə etmək istədiklərini dilə gətirərək bir neçə il bundan öncə baş verən olayı şərh edib. Onun sözlərinə görə Tayfunun anasının məhkəmə çəkişməsində 6 il 8 ay azadlıqdan məhrum edilərək, vurduğu zərərə görə qarşı tərəfə 1 milyon 250 min pul ödənilməsi tələb edilib. Nəticə budur ki, Tayfun anası ilə birgə özlərinə əziyyət vermədən Əmrahın hesabına rahatca dolanmaq istəyirlər. Bu neçə illər ərzində Əmrah onları hər şeylə təmin edib. Tayfun bundan sonra atası haqda yanlış məlumatlar sızdırmaq, tərbiyəsizlik etmək əvəzinə işləyərək pul qazanmaq məcburiyyətində qalacaq". "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31