Cavan Zeynallının vəziyyəti pisləşib?

Müğənninin telefonuna həyat yoldaşı cavab verdi

Bu gün kütləvi informasiya vasitələrində Əməkdar artist Cavan Zeynallının səhhətinin pisləşməsilə bağlı məlumat yayılıb. Müğənni ilə əlaqə saxladıqda onun telefonuna həyat yoldaşı Röya Zeynallı cavab verdi. Cavan müəllimin səhhəti ilə bağlı məlumat öyrənmək istədikdə, Röya xanım bu sualı gülüşlə qarşıladı."Cavan Zeynallının səhhətində heç bir problem yoxdu. Özünü çox yaxşı hiss edir. Sadəcə ondan müsahibə almaq istəyirdilər, nəsə kefi olmadığı üçün cavab vermədi", - deyə Röya Zeynallı bildirib. Röya xanımın sözlərinə görə, Cavan Zeynallı bu gün qonaqlığa gedib. Evdən tələsik çıxdığı üçün mobil telefonu evdə unudub. Bu səbəbdən də, ona gələn zəngləri Röya xanım cavablandırır.
"Bu gün səhər Cavan müəllimin dostları onu Mərdəkana qonaq çağırıblar. Düzü getmək istəmirdi, amma dostları təkid etdilər. Evdən çıxanda telefonu unudub evdə qoydu", - deyə Röya Zeynallı əlavə edib.
Onun sözlərinə görə, müğənni bayram çəkilişlərində iştirak etmək üçün tam hazırdı: "Cavan müəllim heç bir çəkilişdən imtina etməyib. Əgər hansısa kanal onu bayram proqramında çəkilmək çüün dəvət etsə, məmuniyyətlə razılaşar. Həm səsində, həm də səhhətində heç bir problem yoxdur". ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31