Tarkanı 8 kiloqram arıqladan pəhrizi
12 Dekabr 2013 18:46 MədəniyyətTürkiyəli müğənni Tarkan 20 günə 8 kiloqram arıqlamağının sirrini açıb. Axşam.az Türkiyə mətbuatına istinadən sənətçinin həmin pəhrizini təqdim edir:
Meqastar hər gün 2 saat idmanla məşğul olur. Un, şəkər, yağ və şirniyyatdan az istifadə edir. Gün ərzində çoxlu su içir.
Səhər:
1 kibrit qutusu qədər yağsız və duzsuz pendir, 1 dilim kəpəkli çörək. Şəkərsiz çay və qəhvə. 1 çay qaşığı bal və ya lokum.
Nahar:
3 ədəd tavada bişmiş yağsız küftə və ya 90 qram toyuq, buxarda bişmiş balıq, tərəvəz salatı, 1 kasa qatıq, 2 dilim kəpəkli çörək, meyvə.
Şam:
Meyvə, buxarda bişmiş təzə lobya və badımcan, tərəvəz salatı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31