Demi Mur nişan üzüyünü satdı
12 Dekabr 2013 18:54 MədəniyyətBu yaxınlarda həmkarı Eşton Katçerdən boşanan tanınmış aktrisa Demi Mur nişan üzüyünü satıb. Axşam.az xəbər verir ki, 51 yaşlı aktrisanın üzüyünə Beverli-Hillzdəki zərgərlərdən biri 250 min dollar ödəyərək sahib çıxıb. Demi Mura yaxın olan mənbələr Katçerin onun qəlbini qırdığını, bu səbəbdən aktyora aid olan hər şeyi həyatından çıxarmaq istədiyini bildirir.
Xatırladaq ki, Demi Mur və Eşton Katçer 2005-ci ildə ailə qurublar. Cütlüyün ayrılmasına səbəb isə Eştonun gizli yaşadığı eşq macərası olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31