Türkiyə tarixi filmlərində Səfəvilərə qarşı mənfi münasibət ifadə olunur

Nizami Cəfərov: “Səfəvilər dövləti İran və fars dövləti olmayıb”

"Möhtəşəm yüzil" serialında Azərbaycan dövlətinin tarixinin saxtalaşdırılması, tarixi şəxsiyyətlərin aşağılanması xüsusi bir konjuktur hadisə deyil. Yəni, şüurlu şəkildə bilələr və tariximizi saxtalaşdıralar". Bunu deyən millət vəkili, Milli Məclisin mədəniyət məsələləri komitəsinin sədri Nizami Cəfərovun sözlərinə görə, sadəcə Türkiyə tarixşünaslığında belə bir təsəvvür mövcuddur: " Hətta tədqiqatçılar da səhvən həmişə Ocmanlı ilə Səfəviləri qarşı-qarşıya qoyublar. Səfəvilərə qarşı olduqca mənfi münasibət ifadə olunur. Amma artıq bizim Milli Elmlər Akademiyasının Tarix İnstitutu türkiyəli tarixçilərlə müzakirələr aparırlar. Məsələni aydınlaşdırırlar ki, Səfəvilər dövləti İran fars dövləti olmayıb. O da bir türk dövləti olaraq Azərbaycan xalqının dövlətçilik tarixində çox mühüm rol oynayıb". Millət vəkilinin bildirdiyinə görə, o vaxtlar bu dövlətlər arasında böyük münaqişələr olub. Osmanlıdan fərqli olaraq Səfəvilər Avropa ilə əlaqə saxlayıblar. Bu da istər-istəməz Osmanlının mənafeyinə uyğun gəlməyib. Bu isə təhlildə müəyyən subyektivlik yaradır: "Ona görə də bu məsələ filmlərə də keçib. "Möhtəşəm yüzil"də də dəfələrlə bu məsələyə toxunulub. Azərbaycanda və Türkiyənin özündə məsələ qaldırılıb ki, belə mövqe tarixə düzgün münasibət deyil. Amma hələlik görünür o fikirdə olanlar var ki, məsələ davam edir. Əslində isə bu məsələ siyasi-ideoloji münasibət, araqarışdırmaq deyil, Bu sadəcə, ənənədən irəli gələn bir məsələdir. Hesab edirəm ki, tədricən bunun qarşısı alınmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31