Müğənni A.Ş.K serialında çəkilib
12 Dekabr 2013 13:02 MədəniyyətTürkiyənin Kanal D telekanalında yayımlanaraq böyük izləyici kütləsi yığan "A.Ş.K" serialının növbəti bölümündə sürpriz olacaq. Belə ki, sevilən müğənni, mahnıları ilə dillər əzbəri olan Mustafa Ceceli dekabrın 16-da yayımlanacaq bölümdə gitarada baş qəhrəmanlar üçün romantik tərzdə olan "Sevgilim" mahnısını ifa edəcək. Qeyd edək ki, serialın baş qəhrəmanları Hazal Kaya ilə Kaan Urqancıoğludu. "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31