Oğlu Əmrah haqda çox sərt açıqlama verib
12 Dekabr 2013 12:53 MədəniyyətTanınmış müğənni Əmrahın oğlu Türkiyədəki kafelərin birində ofisant olaraq fəaliyyət göstərir. Jurnalistlərə açıqlamasında atası haqda danışan Tayfun Əmrahdan heç bir gözləntisinin olmadığını, onu görmək belə istəmədiyini söyləyib. O son olaraq iki il öncə atası ilə görüşdüyünü, bunun da yalnız reklam məqsədli olduğunu dilə gətirib: "Sonuncu dəfə iki il bundan öncə görüşmüşdük. Artıq ondan heç nə ummuram, burada işlədiyimi bilmir. Bilsə də heç maraqlanmaz. Ona inamım, güvənim belə yoxdu. Atama qarşı sevgim də ölüb. Ehtiyac içində qalmayanadək heç nə danışmayacağam".
Qeyd edək ki, 23 il bundan öncə Əmrahın tanış olduğu Ebru Tolaş adlı xnaımdan bir oğlu dünayaya gəlib. Müğənni uzun müddət bu uşağın ondan olmasını rədd etsə də, DNT testi Əmrahın iddialarının səhv olduğunu sübuta yetirib. "OLAYLAR" İA.