Hülya Avşara qadağa qoyuldu
11 Dekabr 2013 15:29 MədəniyyətTürk pop musiqisinin ünlü ifaçısı Hülya Avşarın ifalarının səslənməsinə qarşı media orqanlarının birində qadağa qoyulub. Bu qadağa müğənninin keçmiş sevgilisi Sədəttin Saran tərəfindən rəhbəri olduğu dörd radiostansiyada tətbiq edilib. Qeyd edək ki, ikili bir müddət öncə sevgili olublar. Daha sonra Sədəttin Saranın başqa xanımla eşq macərası yaşayaraq onunla ailə həyatı qurması tərəflərin münasibətini gərginləşdirib. Sədəttinlə sevgili olduğu dönəmdə bir o qədər də gündəmdə olmayan müğənni münasibətlər bitdikdən sonra yenidən karyerasında dirçəliş edib. Məşhur şoumen Acun İlicalının telelayihələrində münsif kimi yer alan müğənninin yeni albomu artıq hazırdı. "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31