Brend mehmanxanalar hansılardır?
11 Dekabr 2013 12:45 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və yerli sənaye şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri olan, yeni yaranan Azərbaycan Konqreslər Bürosunun başlıca məqsədi Azərbaycanı beynəlxalq biznes, konfrans, görüş və mərasimlərin keçiriləcəyi mərkəz kimi təbliğ etməkdir. Bu məqsədlə Azərbaycan Konqreslər Bürosu müxtəlif görüş və tədbirlərin keçirilmə yerləri, auksion və marketinq məsələləri, dövlət qurumları, sənaye təchizatçıları ilə əlaqələr haqqında məlumat və düzgün istiqamət verir.
"Qafqaz Baku City Hotel & Residences" mehmanxanası Azərbaycan Konqreslər Bürosuna üzv olub.
Hazırda Azərbaycan Konqreslər Bürosunun 12 üzvü var: "Fairmont Baku", "Four Seasons Hotel Baku", "Hilton Baku", "Hyatt Regency Baku", "Jumeirah Bilgah Beach Hotel", "JW Marriott Absheron Hotel", "Kempinski Hotel Badamdar", "Ramada Baku" kimi 8 beynəlxalq brend mehmanxana; 3 turizm şirkəti - "ENC Tours", "Millennium Tourism & Congress DMC", "Fun Travel" və yeni üzv olan "Qafqaz Baku City Hotel & Residences" mehmanxanası.
"Qafqaz Baku City Hotel & Residences" mehmanxanası Azərbaycanın yerli brend mehmanxanalarındandır və Bakı şəhərinə biznes və kommersiya məqsədilə səfər edən qonaqlar üçün əlverişli yerdə yerləşir. Müştərilərə ən yüksək səviyyədə xidmət göstərən "Qafqaz Baku City Hotel & Residences" mehmanxanası beynəlxalq standartlara cavab verən 316 müasir otaq və 9 rezidensiyadan ibarətdir. ("OLAYLAR"İA)