Bekhemin qızı Ledi Qaqanın fanatıdır

Əfsanəvi futbolçu Devid Bekhem və model Viktoriya Bekhemin 2 yaşlı qızı artıq indidən anasına bənzəməyə başlayıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Harper geyimlər və musiqi ilə yaxından maraqlanır. Azyaşlı qız Ledi Qaqanın fanatıdır. Hətta bir neçə gün əvvəl Bekhem ailəsi onu müğənni ilə görüşdürüb. Harper L. Qaqanın bir neçə mahnısını ifa etməyə çalışır.

Viktoriya Bekhem qızının onun geyimlərinə rəy verdiyini də bildirib. O, anasının paltarlarını və aksessuarlarını bəyənib-bəyənmədiyini deyir. 2 yaşlı qızın özünəməxsus zövqünün formalaşması onun modelyer olacağını düşünməyə əsas verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31