Niderlandda Şuşa ilə bağlı çəkilmiş “28” filminin təqdimatı keçirilib
26 Oktyabr 2021 14:15 MədəniyyətNiderlandin Haaqa şəhərindəki Valliant teatırında " Ana vətən" Avropa Azərbaycanlı qadınlar birliyinin təşkilatşılıgı ilə Şuşaya 28 il sonra qayıdışdan bəhs esən Xatırə Sərdarqızının "28" filminin təqdimatı keçirilib. "OLAYLAR" xəbər verir ki, təqdimatda Azərbaycanın Niderlanddakı fövqaladə və səlahiyyətli səfiri Fikrət Axundov, Azərbaycanı sevən Niderlanddılar, dost təşkilatlar iştirak ediblər. Təqdimatı giriş sözü ilə " Ana vətən" Avropa Azərbaycanlı qadınlar birliyinin sərdi Mayisə Agamirzəyeva açıb. Daha sonra Azərbaycanın bu ölkədıki səfiri Fikrət Axundov tədbirin təşkilatçılarına təşəkkür edərək, xarici qonaqlara Azərbaycan və Şuşa haqqında məlumat verib. Sonra filmin müəllifi Xatirə Sərdarqızı 28 illin Şuşa həsrətindən danışaraq 1 ci Qarabag müharibəsində uşaqların aldıqları sarsıntılardan bəhs edib , 28 ildən sonra Şuşaya evlərinə getməsindən danişıb və hər kəsi "28 " filminə baxmaga dəvət edib Filmdən sonra tədbirdə iştirak edən qonaqlar film haqqında təəsüratlarini bölüşüblər. Qeyd edək ki, Niderlandin " FOR YOU" jurnalının bu aykı sayında Xatırə Sərdarqızının "28" filmindən və itirdiyi uşaqlıgından bəhs edən məqalə yayımlanacaq. Tədbirin 2 ci hissəsi 2007 il muğam musabiqəsinin qalibi Güllü Muradovanin konserti ilə davam edib.