"İnsanın yaşadığı həyat tərzi onu qocaldır..." - Boşanma xəbəri yayılan Aynişan
Şəxsi həyatı ilə son günlər daha çox gündəmə gələn bloger Aynişan Quliyevadan xəbər var.
4 Sentyabr 2020 21:56 MədəniyyətŞəxsi həyatı ilə son günlər daha çox gündəmə gələn bloger Aynişan Quliyevadan xəbər var.
Olaylar.az xəbər verir ki, Aynişan sosial media hesabında izləyicilərinin suallarını cavablandırıb.
Belə ki, izləyicilərdən biri "insan neçə yaşından sonra qocalmağa başlayır?" sualını ünvanlayıb.
Aynişan isə cavabında "Qadın hər yaşda qocala bilər. Yaşadığı həyat tərzi onu ya qocalda ya da əksinə cavanlaşdırıb gözəlləşdirə bilər. Birinci ruhu qocalır sonra isə yavaş-yavaş zahiri. Ona görə də qadını çiçəyə bənzədirlər. Su vermədikcə solur" cavabını yazıb.
Digər izləyici isə Aynişana boşanmaları barədə sual ünvanlayıb: "deyirlər boşanmısız, duzdur bu?"
Aynişan isə cavabında biz belə söz deməmişik, doğru xəbər deyil deyə cavab verib.