Polşada keçiriləcək "könüllülərin koalisiyası" təlimlərində on bir ölkə iştirak edəcək-ÖZƏL
13:52 Dünya9-22 noyabr tarixlərində Polşada keçiriləcək "Könüllülərin Koalisiyası" təlimlərində 11 ölkədən hərbçilər iştirak edəcək. Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Manevrlər, Birləşmiş Krallıq və Fransanın komandanlığı altında "könüllülər koalisiyası"nın bir hissəsi olaraq yaradılan Çoxmillətli Ukrayna Qüvvələrinin (ÇQQ) himayəsi altında keçiriləcək. Belçika, Almaniya, İspaniya, Litva, Hollandiya, Polşa, Türkiyə, İsveç və Estoniyadan olan hərbi qulluqçular da iştirak edəcək.
London təlimlərə Quru Qoşunlarının 7-ci Briqadasından 300 əsgər, eləcə də Eurofighter Typhoon qırıcı təyyarələri və Voyager hava yanacaqdoldurma təyyarəsi göndərəcək. Britaniya Müdafiə Nazirliyi bildirib ki, "bu uçuşlar Ukrayna üzərindəki səma yenidən açıldıqdan sonra mülki aviasiya təhlükəsizliyinin təmin edilməsi prosesini simulyasiya edəcək".