"Meydan TV" qeyri-demokratik vǝ qeyri-şǝffaf formada idarǝ edilir - Kanalın əməkdaşları
13:55 Sosial"Meydan TV"nin hǝbsdǝ olan üç ǝmǝkdaşı Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Umudovakanalın Berlindəki rəhbərliyinə qarşı sərt bəyanat yayıb.
Bu barədə jurnalist Əfqan Muxtarlı "Facebook" sosial şəbəkə hesabında paylaşım edib.
Bəyanatda qeyd olunub:
"Biz - "Meydan TV"nin hǝbsdǝki ǝmǝkdaşları ictimaiyyǝtǝ sǝslǝnirik. 13 ildir Azǝrbaycan cǝmiyyǝtinin, hüquqları tapdanan kǝsimin sǝsi, avtoritarizmin sǝrt tǝnqidçisi olan "Meydan TV" hazırda pis idarǝçilik altındadır. Yaradıcı azadlığın qamçılandığı, işçilǝri psixoloji tǝzyiq altında saxlayan media bu gün dǝyǝrli ǝmǝkdaşlarını, TV-nin ǝsas işçi heyǝtini itirmǝklǝ üzlǝşib. Redaksiyada bu şǝrtlǝrǝ boyun ǝymǝyib baş qaldıran işçilǝr ard-arda istefa vermǝyǝ mǝcbur buraxılır.
Hǝr zaman hǝqiqǝtin yanında özünǝ yer seçǝn "Meydan TV" bu gün dǝ hǝqiqǝtǝ layiqdir. Ona görǝ dǝ biz meydançılar cǝmiyyǝtǝ qarşı açıq olub yaşananları paylaşmaq qǝrarına gǝldik. Menecer kimi işǝ başlayan Matt Kasper gedişatda özünü direktor vǝ tǝk söz sahibi elan edib. Bu şǝxs baş ofisi Berlindǝ yerlǝşǝn "Meydan TV"ni qeyri-demokratik vǝ qeyri-şǝffaf formada idarǝ edir. Peşǝsi sorğulamaq olan, azad ruhlu, kimsǝnin diktǝsi ilǝ hǝrǝkǝt etmǝyǝn jurnalistlǝr üzǝrindǝ iyerarxiya qurub aldığı qǝrarları qeyri-şǝrtsiz qǝbul etdirmǝyǝ çalışır. Onun ǝn böyük dǝstǝkçisi, baş redaktor vǝzifǝsini müvǝqqǝti icra edǝn Sevda Sǝmǝdova işçilǝrǝ mobinq vǝ zorbalıq edir. Yaradıcı mühiti onlar üçün dözülmǝz hala gǝtirir. S. Sǝmǝdova "işçi haqları tanımıram" deyǝ bǝyan edǝrǝk daxili strukturun demokratiyanın ǝsas sütunu olan seçki yolu ilǝ formalaşmasını qǝbul etmir.
Pis idarǝçilik hǝbsdǝki ǝmǝkdaşlara münasibǝtdǝ dǝ özünü göstǝrir. Hǝbsdǝ olduğumuz 23 ay ǝrzindǝ müdafiǝ kampaniyamız qurulmadı, rǝhbǝrliyǝ ünvanladığımız suallar cavabsız qaldı, hesabatlılıq tǝmin olunmadı, media idarǝçilǝrinin heç vaxt ciddi dǝstǝyini hiss etmǝdik. Bir gecǝnin içindǝ hǝbs olunub 4 divar arasında qalan bütün Bakı komandasına "ölü" münasibǝti göstǝrdilǝr. Hǝbsxanadan yazdığımız mǝqalǝlǝrin dǝrci süni şǝkildǝ gecikdirildi, mǝhkǝmǝmiz ǝhatǝli formada işıqlandırılmadı. Bunlara etiraz edǝrkǝn "nǝyi, necǝ, nǝ vaxt etmǝk lazım olduğunu biz bilirik" cavabını aldıq.
Taxt davalarının fonunda peşǝkar jurnalistika geri plana atılır. "Hǝr kǝsin meydanı, alternativ media olacağıq" şüarları ilǝ yaradılan TV sǝhifǝlǝri mǝhdud mövzular vǝ Azǝrbaycan cǝmiyyǝtinǝ xitab etmǝyǝn xarici kontentlǝ doldurulur. Biz bu cür fǝaliyyǝt göstǝrǝn kanalımızın hazırkı rǝhbǝrliyini qǝbul etmirik. "Meydan TV"dǝ demokratik mühit bǝrqǝrar olana, adı çǝkilǝn şǝxslǝr vǝzifǝdǝn uzaqlaşdırılana qǝdǝr onların yanında duruş gǝtirmǝdiyimizi bǝyan edirik".