Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş Beynəlxalq Simpozium keçiriləcək

2-3 oktyabr tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyi görkəmli Azərbaycan mütəfəkkiri, ictimai və dövlət xadimi Əhməd bəy Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illiyi münasibəti ilə Beynəlxalq Əhməd bəy Ağaoğlu Simpoziumunu keçiriləcək.

Olaylar.az bildirir ki, simpoziumda bir çox  məruzələr dinləniləcək.
Simpoziumda iştirak etmək istəyənlər 2019-cu il sentyabrın 10-dək məruzə tezislərini Təşkilat Komitəsinin [email protected] və ya [email protected] e-poçt ünvanlarına göndərməlidirlər. Tezislər 3000-3500 işarə həcmində olmalı, Times New Roman-12 şrifti və sətirlərarası interval 1 ilə yığılmalıdır. Səhifənin əvvəlində müəllifin adı, soyadı, işlədiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi, elmi adı, elektron  poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmaldır. Simpoziumda iştirak xərcləri iştirakçıların özləri tərəfindən ödənilir.

Qeyd edək ki, simpoziumun  Azərbaycan, türk, ingilis, rus dillərində olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31