MDB-nin XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclası

MDB-nin “Dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şura”sının 28-29 noyabr 2018-ci ildə Düşənbədə keçirilmiş 23-cü iclasında Əsasnaməyə uyğun olaraq 2019-cu ildə Azərbaycan Respublikasının Şuraya sədrliyi haqqında qərar qəbul edilmişdir.

MDB-nin "Dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şura"sının 28-29 noyabr 2018-ci ildə Düşənbədə keçirilmiş 23-cü iclasında Əsasnaməyə uyğun olaraq 2019-cu ildə Azərbaycan Respublikasının Şuraya sədrliyi haqqında qərar qəbul edilmişdir.

Olaylar.az bildirir ki, sədrlik çərçivəsində MDB-nin XVI "Kitab sənəti" Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclasının Bakıda keçirilməsi planlaşdırılmışdır.

30 may 2019-cu ildə Bakıda Azərbaycan Milli Kitabxanasında keçiriləcək müsabiqədə Azərbaycanla yanaşı, Rusiya Federasiyasının, Qazaxıstan, Qırğız, Belarus və Tacikistan Respublikalarının, Türkmənistanın nəşrləri müxtəlif nominasiyalar üzrə mükafatlar üçün yarışacaqdır.

Münsiflərin iclasında iştirak üçün Rusiya Federasiyasından, Qazaxıstan, Qırğız, Belarus və Tacikistan Respublikalarından nümayəndələr Bakıya gəlmişdir.

Ənənəvi müsabiqənin münsiflər heyətinin iclasında qaliblər müəyyən olunur və sentyabr ayında Moskvada keçirilən beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində təntənəli şəkildə elan edilərək mükafatlandırılır.

Ölkəmiz hər il "Kitab sənəti" Beynəlxalq müsabiqəsində uğurlu çıxış edir, müxtəlif dərəcəli diplomlar qazanır.

XVI müsabiqəyə Azərbaycandan 9 nominasiya üzrə 14 adda kitab təqdim olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31