“Azərbaycanım” II Respublika uşaq rəsm festivalı keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May-Respublika Günü”nə həsr olunmuş “Azərbaycanım” II Respublika uşaq rəsm festivalı Xətai Rayon İcra Hakimiyyətinin həyətində açıq  havada təşkil olunub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Nəsimi ili" çərçivəsində "28 May-Respublika Günü"nə həsr olunmuş "Azərbaycanım" II Respublika uşaq rəsm festivalı Xətai Rayon İcra Hakimiyyətinin həyətində açıq  havada təşkil olunub.

Tədbiri Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin sektor müdiri Qalib Qasımov açaraq  
festival iştirakçılarını salamladı və uşaqlarla  keçirilən bu kimi tədbirlərin  əhəmiyyətindən danışdı. Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi  Pənah İmanov və Xətai  Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbir iştirakçılarına öz xoş arzularını çatdırdılar.

Uşaqların müxtəlif rəqsləri ilə davam edən plener (açıq havada rəsm çəkmək) bitdikdən sonra Xətai Sənət Mərkəzində iştirakçıların əsərlərinin qiymətləndirilməsi keçirilib.

Qiymətləndirmənin nəticələrinə əsasən Rəhmanova Ceyran birinci, Abbaslı Mehin II və Osmanlı Rəsul III yerlərə, habelə 12 nəfər iştirakçı həvəsləndirici mükafatlara layiq görülüb.

Festival bədii hissəilə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31