İlyas Əfəndiyevin 105 illik yubileyi qeyd ediləcək - “Boy çiçəyi” tamaşası nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi və ya sən həmişə mənimləsən” pyesi əsasında hazırlanan eyniadlı tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, səhnə əsəri görkəmli yazıçının anadan olmasının 105 illiyi münasibətilə təqdim edilib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin "Boy çiçəyi və ya sən həmişə mənimləsən" pyesi əsasında hazırlanan eyniadlı tamaşası nümayiş olunub.

Olaylar.az bildirir ki, səhnə əsəri görkəmli yazıçının anadan olmasının 105 illiyi münasibətilə təqdim edilib.

Tamaşanın quruluşçu rejissoru, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək İlyas Əfəndiyevin yaradıcılığı haqqında ətraflı məlumat verib.

Qeyd edib ki, yazıçının 22 dram əsəri Bakıda və region teatrlarında tamaşaya qoyulub. Onun ömrünün sonlarında qələmə aldığı "Qarabağnamə" əsəri 23 ildir ki, Akademik Milli Dram Teatrının səhnəsindədir.

Qeyd edək ki, tamaşada rolları xalq artisti Ramiz Novruz, Əjdər Həmidov, Sabir Məmmədov, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31