Bəhram Bağırzadə veriliş aparacaq
Əməkdar artist Bəhram Bağırzadə AzTV-də işə başlayıb.
Olaylar.az bildirir ki, o, bundan sonra dövlət televiziyasında aparıcılıq edəcək.
Aktyorun verilişinin adı isə "Bəhram+"dur. Artıq proqramın ilk çəkilişi də baş tutub.
Qeyd edək ki, veriliş həftədə bir dəfə yayımlanacaq.