Manaf Ağayev yeni biznes qurur

Manaf Ağayev yeni biznes qurur

Müğənni Manaf Ağayev yeni biznes qurmaq niyyətindədir.

Lent.az-a açıqlama verən ifaçı müğənnilikdən savayı tikinti sahəsində özünü sınamaq istədiyini bildirib:

"Dostlarım var, hamısı biznesmendir, bina tikənlərdir. İnşallah, hazırlaşıram ki, yüngül nəsə edim. Çünki oxumağın da bir vaxtı var. Yaş da gedir, təb də o təb deyil. O demək deyil ki, hər zaman gündəmdə olmalısan. Yeni biznesim tikinti sahəsində olacaq. Balaca bir restoranı tikməklə başlamaq lazımdır. Çünki sabah səsim də bata bilər. Biznes qurmağım mütləqdir. Çünki övladlarım və nəvəm var".

minval

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31