“Nəsimi 650” adlı səyyar kitab sərgisi təşkil edilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları rayon ərazisində səyyar kitab sərgisi təşkil ediblər. Olaylar.az bildirir ki, sərgi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.
23 May 2019 16:45 MədəniyyətBakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları rayon ərazisində səyyar kitab sərgisi təşkil ediblər.
Olaylar.az bildirir ki, sərgi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.
Qeyd edilib ki, böyüməkdə olan gənc nəslin yüksək mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyə olunmasında, oxucuların mənən kamilləşməsində Nəsimi irsinin xüsusi əhəmiyyəti vardır. İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsilə əlaqədar olaraq kitabxanaların təşkil etdikləri tədbirlərin, sərgilərin əhəmiyyəti böyükdür.
"Nəsimi 650" başlığı altında təşkil olunmuş səyyar kitab sərgisi rayon əhalisi tərəfindən maraqla qarşılanıb.