“Kirpi” jurnalının 40 il bundan öncəki sayı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
“Kirpi” jurnalının oktyabr 1977-ci il tarixli №20 (608) sayı AMEA Mərkəzi Elmi Kitabxanasına təqdim edilib. Olaylar bildirir ki, 40 il öncə nəşr edilən jurnalın bu nömrəsində rəssam Nəcəfqulu İsmayılov, Fərzəli Abbasov, V. Tatarinsev, P.Şandin və başqalarının karikaturaları, Salam Qədirzadənin dövrün, zamanın hadisələrinə ayna tutan, neqativ halları əks etdiən yazıları yer alıb. Konkret faktlara söykənən felyetonlar geniş əks-səda doğurmaqla bərabər, nöqsanların aradan qaldırılmasında da təsirli rol oynayıb. Zəngin ənənələrə malik karikatura janrı Azərbaycan təsviri sənətinin mühüm sahələrindən biri kimi çoxcəhətli inkişaf yolu keçib. Dövri mətbuatda, xüsusilə satirik jurnallarda öz əksini tapan karikaturalara Azərbaycanda ilk dəfə təxminən XIX əsrin ortalarında təsadüf edilir.
4 Oktyabr 2017 21:30 Mədəniyyət"Kirpi" jurnalının oktyabr 1977-ci il tarixli №20 (608) sayı AMEA Mərkəzi Elmi Kitabxanasına təqdim edilib. Olaylar bildirir ki, 40 il öncə nəşr edilən jurnalın bu nömrəsində rəssam Nəcəfqulu İsmayılov, Fərzəli Abbasov, V. Tatarinsev, P.Şandin və başqalarının karikaturaları, Salam Qədirzadənin dövrün, zamanın hadisələrinə ayna tutan, neqativ halları əks etdiən yazıları yer alıb. Konkret faktlara söykənən felyetonlar geniş əks-səda doğurmaqla bərabər, nöqsanların aradan qaldırılmasında da təsirli rol oynayıb.
Zəngin ənənələrə malik karikatura janrı Azərbaycan təsviri sənətinin mühüm sahələrindən biri kimi çoxcəhətli inkişaf yolu keçib. Dövri mətbuatda, xüsusilə satirik jurnallarda öz əksini tapan karikaturalara Azərbaycanda ilk dəfə təxminən XIX əsrin ortalarında təsadüf edilir. Lakin ötən əsrin 30-cu illərində "Molla Nəsrəddin" jurnalı fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanda satirik jurnal qalmamışdır. Bu istiqamətdə 1952-ci ildən nəşr olunmağa başlayan "Kirpi" jurnalı dahi Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının ənənələrinə sadiq qalmağı qarşısına məqsəd qoymuşdur. Düz altmış beş ildir ki, "Kirpi" bu yolu əzmlə gedir, qarşıya çıxan maneələri sözün gücü, yumorun sərrast atəşi ilə, sevimli, sədaqətli oxucularının, xeyriyyəçi insanların köməyi ilə dəf edir. Jurnal mətbuatda Kommunist Partiyasının ideologiyası, siyasəti təbliğ olunduğu bir dövrdə öz kəskin yazıları, felyetonları, karikaturaları ilə tez bir zamanda sevilməyə başlamışdır. Onun nəşrə başlanması dövrün, zamanın tələbi olmuş və jurnal müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bilmişdir. Jurnalının çap olunması karikatura janrının inkişafında müstəsna rol oynamış və bu sahədə yeni ənənələrin yaranmasına təkan vermişdir. Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri, publisist və yazıçıları Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Rəhimov, Əli Vəliyev, Əvəz Sadıq (ilk redaktor), Rəsul Rza, Seyfəddin Dağlı, Salam Qədirzadə, İsmayıl Şıxlı, Əliağa Vahid, Hüseyn Arif və başqa görkəmli sənətkarlar öz satirik yazıları ilə oxucularla bilavasitə "Kirpi" jurnalı vasitəsilə görüşmüşlər. Əzim Əzimzadə məktəbini davam etdirən Nəcəfqulu İsmayılov, Tahir Salahov, Oqtay Sadıqzadə, Güllü Mustafayeva, Hüseyn Əliyev, Ziya Kərimbəyli, Sadıq Şərifzadə, Ələkbər Zeynalov, Arif Ələsgərov, Adil Quliyev, Kazım Kazımzadə kimi görkəmli rəssam və karikatura ustalarımız bu mətbu orqanda yetişmişdir.