Uşaq Filarmoniyası Novruz bayramında
18 Mart 2017 15:29 MədəniyyətMədəniyyət və Turizim Nazirliyi hər il ənənəvi olaraq Dənizkənarı Milli Parkda bayram tədbiri təşkil edir. Filarmoniyadan "Olaylar" - a bildirilib ki, hər il olduğu kimi bu il də Novruz bayramı Prezident İlham Əliyev və xanımı Birinci vitse-prezident Mehriban Əliyevanın iştikarı ilə yüksək səviyyədə qeyd olundu. Tədbirə Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivi, mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupu, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının üzvləri iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının üzvləri hər il keçirilən bu tədbirdə yaxından iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31