Küveyt Dövlət Universitetinin professoru Tarix muzeyində
18 Mart 2017 10:22 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyini bayram ərəfəsində ölkəmizdə qonaq olan Küveyt Dövlət Universitetinin professoru Casim Al-Ali, aparıcı müəllimi Al-Radvan və universitetin tələbəsi Navaf Al-Rahmani ziyarət ediblər.
Muzeydən "Olaylar" - a bildirilib ki, qonaqlar Muzeyin ekspozisiya zalları və H.Z.Tağıyevin ev muzeyi ilə yaxından tanış olublar.
Məşhur neft maqnatı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev mülkündə yerləşən Muzeyin möhtəşəm Şərq zalı qonaqların xüsusi marağına səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31