İran müəllifləri elmi əsərlərimizi mənimsəyirlər - MİLLƏT VƏKİLİ

Milli Məclisin son iclasında tacik müəlliflərinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin özlərinə çıxması barədə fikirlər səsləndirilib. Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva bildirib ki, orta əsrlərdə mövcud olan ədəbiyyat fars-tacik ədəbiyyatı adlanırdı. Farsca yazılmlş bütün əsərlər həmin ədəbiyyata aid edilirdi. Nizami Gəncəvi ilə bağlı anlaşılmazlıq məhz  oradan irəli gəlir. Onun sözlərinə görə, bu bir faktdır ki, İran müəllifləri Nizami Gəncəvini fars şairi hesab edirlər. Lakin keçmiş sovet alimləri bunu çoxdan sübut ediblər ki, Nizami farsca yazan  Azərbaycan şairidir. Millət vəkili hesab edir ki, belə halların qarşısını almaq məqsədilə bir sira olkələrlə müəllif hüququnun qorunması haqqında saziş imzalanmalıdır. Müəlliflik hüququ və əlaqəlik  hüquqlarının qorunması, həmçinin  təhsil və elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması haqqında sazış imzalanmalıdır ki, yaranan mübahisələri beynəlxalq səviyyədə həll etmək mümkün olsun: "Belə beynəlxalq səviyyəli sənədlər xüsusən İran və Türkiyə ilə bağlanmalıdır. Türkiyənin özündə kifayət qədər Azərbaycan bəstələri mənimsənilir və özününküləşdirilir. Biz nə qədər Türkiyədə anonim bəstələrə rast gəlirik ki, həmin bəstələr Azərbaycan müəlliflərinin əsərləridir". Millət vəkili bildirib ki,  kifayət qədər faktlar var ki, həmin ölkələrin müəllifləri tərəfindən hətta elmi əsərlərimiz mənimsənilir. Belə ki, bir müddət öncə bizim çöx istedadlı bir alimimiz farsdilli Azərbaycan şairi Nizami Gəncəvidən sonra  15-ci əsrdə ilk "Xəmsə" yazmış Azərbaycan müəllifi Əşrəf Mərəğayinin bütün ömrü boyu tərtib etdiyi əlyazmalarını dünya kitabxanalarından əldə etmişdi.  O, bir çox nüsxələr əsasında "Əşrəf Mərəğayinin Xəmsəsinin eimi tənqidi" mətnini tərtib eləmişdi. İran naşiri Bayram Sadiqi Azərbaycana gələrək o əlyazmanı müəllifdən götürdü ki, mütləq onu İranda nəşr etdirəcək. Hətta müəlliflə müqavilə də bağladı ki, qonararını ödəyəcək: "Lakin o,İrana getdikdən sonra ondan bir səs gəlmədi. Çox böyük axtarışdan sonra məlum oldu ki, Bayram Sadiqi həmin əsəri öz adına çap edib. Nə qədər çalışsaq da beynəlxalq müqavilələr bağlanmadığına görə, o insanı cəzalandıra bilmədik. Bu günə qədər də həmin məsələ açıq qalır. Ona görə hesab edirəm ki, belə halların qarşısının alınması üçün müəlliflik hüququ və əlaqəlik  hüquqlarının qorunması, həmçinin  təhsil və elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması haqqında sazış imzalanması çöx vacibdir".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31