Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Olaylar.az xəbər verir ki, bu barədə BƏƏ-nin dövlət agentliyi WAM məlumat yayıb.

Məlumata görə, tərəflər eyni zamanda ikitərəfli əməkdaşlığı və münasibətlərin möhkəmləndirilməsini müzakirə edib.

Həmçinin prezidentlər regionda baş verən son hadisələr və vəziyyətin nizamlanmasına yönəlmiş davam edən diplomatik səylər barədə fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31